Prosineçki Beqoviçi yığmaya dəvət etməməsininin səbəbini açıqladı

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki AÇ-2020-nin seçmə mərhələsinin İtaliya və Lixtenşteynlə oyunlar üçün "Qarabağ"ın qapıçısı Asmir Beqoviçə dəvət yollamadı.

Newsport.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis qərarını izah edib:

"Beqoviç və digər futbolçular kənarda qalsa da, o demək deyil ki, daha yığmaya dəvət almayacaqlar. Sadəcə, onlar hazırda 25 nəfərlik heyətə düşməyə tam hazır deyillər".

Prosineçki “Ərzurumspor”da çıxış edən "Qarabağ"ın sabiq üzvü İbrahim Şehiçi, “Maribor”dan Kenan Piriçi və “Hapoel”dən (Hayfa) Jasmin Buriçi yığmaya çağırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right