Messi Ronaldonu keçib Peleyə yaxınlaşdı

“Barselona”nın superulduzu Lionel Messi ötən gecə İspaniya La-Liqasının 11-ci turunda “Valyadolid”ə qarşı keçirdikləri oyunda dubl etməklə yeni rekordlar müəyyənləşdirib. Newsport.az xəbər verir ki, o, 34-cü dəqiqədə cərimə zərbəsindən fərqlənərək karyerasındakı belə qolların sayını 50-yə çatdırıb.

32 yaşlı futbolçu bu qolların 6-nı Argentina millisində, 44-nü isə “Barselona”da vurub.

Messi dublla karyerasındakı qolların sayını da artırıb. Argentinalı ulduz 608 qolla Kriştianu Ronaldonu da qabaqlayıb. Leo bu qollara 695 görüşdə imza atıb. Kriştianunun hesabında isə 606 qol var və o, bu qolları 813 oyunda vurub.

Messinin orta məhsularlığı 0,87 qol, Ronaldoda isə 0,75 qoldur. Bu göstərici ilə Leo Braziliyanın “Santos” klubunda 643 qola imza atan Peleyə yaxınlaşıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right