Qvardiola: "Düşündüm ki, Messi söylənilən kimi yaxşı futbolçudur?"

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola "Barselona"nın ulduz futbolçusu Lionel Messi barədə danışıb.

 

Newsport.az AS nəşrinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis "Barselona"da uğurlar qazanmasında Messinin xüsusi rolunun olduğunu deyib:

 

"Mənə komandada istedadlı uşağın olduğunu və qollar vurduğu barədə demişdilər. Messini hələ tanımırdım. Bir gün onunla atasını "Nike" mağazasında gördüm və düşündüm ki, bu uşaq söylənilən qədər yaxşıdırmı? O, çox kiçik, çəlimsiz və utancaq idi. 2008-ci ildə yeni mövsümün hazırlığına Şotlandiyada başladıq Messi həmin qarşılaşmalarda qollar vurdu. O matçlardan sonra Messi ilə birlikdə hər şeyi qazanacağımıza inandım".

 

Qvardiola "Barselona"ya iki dəfə Çempionlar Liqası, üç dəfə də La Liqanı qazandıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right