Hakimi itələdiyi üçün Riberini ağır cəza gözləyir

"Fiorentina"nın futbolçusu Frank Riberi İtaliya A Seriyasının IX turunda "Latsio" ilə matçda (1:2) köməkçi hakimi itələdiyi üçün cəzalana bilər.

 

Newsport.az xəbər verir ki, 89-cu dəqiqəsində qonaqların 2-ci qolu zamanı fransalı futbolçu baş hakimin qərarından narazı qalıb və bunu yan xətt hakiminə həddən artıq emosional şəkildə bildirib. 36 yaşlı yarımmüdafiəçi iki dəfə laynsmanı itələyib. Riberi buna görə qırmızı vərəqə alıb.

 

Fransalı oyunçunun bu hərəkətinə görə bir neçə oyunluq cəzalandırılması gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right