Əliyevin komandası böyük hesabla uduzdu

Rusiya Premyer Liqasında XIV turun oyunları keçirilib.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” səfərdə “Tambov”a uduzub – 0:3.

Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Daha çox əvəzedici komandada çıxış edən Möhbalıyevin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.

“Ufa” 14 turdan sonra 16 xalla 16 kollektiv arasında 10-cu sırada qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right