APOEL-in aparıcı siması “Qarabağ”a qarşı niyə oynamayacaq?

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-i qəbul edəcək.

 

APOEL-in aparıcı futbolçusu Musa Əl-Tamari oyunda iştirak etməyəcək. Buna səbəb onun zədəli və ya cəzalı olması deyil. 

 

İordaniya millisinin üzvü intizamslız etdiyi üçün qarşılaşmanın iştirak ərizəsinə salınmayıb. 22 yaşlı vingerin baş məşqçi Tomas Dolla münasibəti yaxşı deyil.

 

Tamari Kipr klubunun ən bahalı futbolçularından biridir.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – APOEL oyunu saat 20:55-də başlayacaq.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right