Sabiq "Qəbələ"li ÇL rekordunun bir addımlığında

"Lokomotiv"in baş məşqçisi Yuri Syomin Çempionlar Liqasında (ÇL) rekord müəyyənləşdirməyə yaxındı. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Syomin "Yuventus"la qarşılaşmada (1:2) komandasını meydana çıxarmaqla ÇL tarixinin ən yaşlı ikinci məşqçisi ünvanına yiyələnib.

Hazırda onu yalnız keçmiş "Bavariya"lı Yupp Haynkes qabaqlayır. Almaniyalı mütəxəssis axırıncı dəfə 72 yaş 11 ay 22 günlüyündə baş məşqçi kimi ÇL həyəcanı yaşayıb. Syomin onu qabaqlamaq üçün "Lokomotiv"i yarımfinala qədər aparmalı və ya gələn mövsüm də bu turnirdə mübarizə aparmalıdı.

Qeyd edək ki, 1983-cü ildən bəri nadir hallarda işsiz olan Yuri Syomin 2013-14 mövsümündə ölkəmizdə "Qəbələ"ni çalışdırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right