“Qarabağ” APOEL qədər güclü deyil" - "Düdelanj"ın futbolçusu

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Düdelanj" ciddi itki ilə üzləşib.

Newsport.az saytının məlumatına görə, komandanın yarımmüdafiəçisi Mişel Qaros ölkə çempionatının son turunda zədələnib. Həkim müyinəsindən sonra dizindəki problemə görə futbolçunun 6-8 həftə meydana çıxa bilməyəcəyi məlum olub. Bu isə onun üçün Avroliqanın başa çatması deməkdir.

31 yaşlı futbolçu "Qarabağ"la Lüksemburqda keçirilən oyunda qırmızı vərəqə aldığından onun növbəti turda "Sevilya" ilə matçı buraxacağı dəqiq idi.

Fransalı futbolçu Lüksemburq mətbuatına açıqlamasında "Qarabağ"la görüşdə qırmızı vərəqə aldığı epizod haqda danışıb. Hakimin düzgün qərar vermədiyini bildirən futbolçu eyni zamanda APOEL-lə "Qarabağ"ı müqayisə edib: “Qırmızı vərəqə aldığım epizodda hakim düzgün qərar vermədi. Mənim ayağım rəqibə toxunmamışdı. Videodan da aydın görünür. Sadəcə, rəqib yaxşı qışqırdı, yaxşı yıxıldı. Hakimin şotlandiyalı olmasına belə şübhəm yarandı. “Qarabağ” APOEL qədər güclü deyil. Amma biz bu qarşılaşmanı əldən verdik”.

Xatırladaq ki, "Qarabağ" Lüksemburqda "Düdelanj"ı 4:1 hesabı ilə məğlub edib. "Düdelanj" isə Kiprdə APOEL üzərində 4:3 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right