Sadio Mane: “Qızıl top”u qazansam, dünyanın ən xoşbəxt insanı olaram”

“France Football”ın açıqladığı “Qızıl top” mükafatının 30 namizədi arasında olan “Liverpul”un hücumçusu Sadio Mane açıqlama verib.

Newsport.az xəbər verir ki, seneqallı futbolçu mükafatı qazanmaq istədiyini deyib:

“Düzünü desəm, “Qızıl top”u qazanmaq uşaqlıq arzum olub. Bununla çox çalışmağımın qarşılığını almaq istəyirəm. Əgər bu mükafatı qazansam, xəyallarım gerçəkləşəcək. Dünyanın ən xoşbəxt insanı olaram”.

Manenin “Liverpul”la müqaviləsi 2023-cü ilə qədərdir. 27 yaşlı futbolçu bu mövsüm 12 oyuna 8 qol vurub, 2 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right