"Konyaspor"un qapıçısı 20-ci saniyədə qırmızı vərəqə aldı

Türkiyə Super Liqasında  9-cu tura yekun vurulub.

 

Newsport.az xəbər verir ki, "Konyaspor" - "Yeni Malatyaspor" oyununda maraqlı hadisə baş verib. Meydan sahiblərinin qapıçısı Serkan Kırıntılı 20-ci saniyədə topu cərimə meydançasından kənarda tutduğu üçün qırmızı vərəqə alıb.

 

34 yaşlı qolkiper Türkiyə futbol tarixində ən erkən qırmızı vərəqə alan futbolçu olub.

 

"Yeni Malatyaspor" qapıçının səbəb olduğu cərimə zərbbəsini 4-cü dəqiqədə qola çevirib. Qonaqlar 53-cü dəqiqədə azlıqda qalan rəqibinə daha bir qol vurub və 2:0 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right