3.5 milyard təklif etdi, yenə "yox" cavabı aldı

Səudiyyə Ərəbistanı taxt-tacının vəliəhdi Məhəmməd bin Salman yenidən “Mançester Yunayted”i almaq fikrinə düşüb. 

Newsport.az-ın məlumatına görə, 35 yaşlı milyarder "qırmızı şeytanlar"ın sahiblərinə ikinci dəfə müraciət edib.

Salman bu dəfə 3.5 milyard avro təklif edib. Amma o yenə imtina cavabı alıb. Klubun sahibi - Qleyzer ailəsi konkret rəqəm söyləməsə belə, bu məbləğin çox az olduğunu bildirib.

Britaniya mətbuatı iddia edir ki, 2005-ci ildən klubu himayəsinə alan Kevin Qleyzerin son illər qeyri-sabit çıxış edən "Mançester Yunayted"i satmaq fikri yoxdur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right