“Liverpul” “Old Trafford”da büdrədi

İngiltərə Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, lider “Liverpul” “Old Trafford”da “Mançester Yunayted”in qonağı olub.

Oyunun 36-cı dəqiqəsində meydan sahiblərinin heyətində Markus Reşford hesabı açıb. Qarşılaşmanın final fitinə 5 dəqiqə qalmış Adam Lallana hesabı bərabərləşdirib. Oyunda başqa qol olmayıb və tərəflər hərəyə 1 xal qazanıb.

“Liverpul” cari mövsüm ilk dəfə qalib gəlməyib. “Qırmızılar” 25 xalla turnir cədvəlinə başçılıq edir. Yurgen Kloppun kollektivi ən yaxın izləyicisi – “Mançester Siti”ni 6 xal qabaqlayır. 10 xalı olan “Mançester Yunayted” 13-cü sırada qərarlaşıb.

 

“Mançester Yunayted” – “Liverpul” – 1:1
Qollar:
Markus Reşford, 36 – Adam Lallana, 85

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah