UEFA-nın yeni klub turnirindən narahatlıq var

Avropa Peşəkar Futbol Liqaları Assosiasiyasının prezidenti Lars-Krister Olsson 2021-ci ildən keçirilməyə başlayacaq UEFA-nın Konfrans Liqası ilə bağlı fikirlərini bildirib.

Newsport.az-ın məlumatına görə, o deyib ki, həmin yarışın əhəmiyyətinin az olacağı riski ilə bağlı klubların narahatlığı var: “Bu zaman onlar stadionu doldura bilməyəcək və az gəlir götürəcəklərini deyirlər. Ona görə də əgər klublar üçüncü avrokuboka görə pul itirməyə başlasa, bu, heç kimi qane etməyəcək. Klublar bununla əlaqədar narahatlıqlarını bildiriblər. Biz indi öyrənirik ki, bu, əsaslıdır, ya yox”.

Xatırladaq ki, Azərbaycan UEFA reytinqində ilk 15-liyə düşmədiyi üçün 2021-ci ildən avrokuboklara 1 komanda ilə Çempionlar Liqası, 3 komanda ilə Konfrans Liqasında mübarizəyə başlayacaq və startda Avroliqada təmsilçisi olmayacaq. Yalnız ÇL-də təsnifat mərhələsində uduzacağı halda Azərbaycan çempionu UEFA turnirlərində mübarizəni AL-də oynamaqla davam etdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right