Sulşerdən "Liverpul"a "30 illik" atmaca

"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer İngiltərə çempionatının IX turunda bu gün qarşılaşacaqları "Liverpul"a söz atıb.

Newsport.az-ın məlumatına görə, oyun haqda fikirlərini bildirən norveçli mütəxəssis mersisaydlıların 30 ildir Premyer Liqada çempion ola bilmədiklərini üstüörtülü şəkildə xatırladıb:

"Əminəm ki, komanda özünə gələcək və Premyer Liqanı qazanacaq. Şübhə etmirəm ki, bu, 30 ildən daha tez baş verəcək. "Liverpul"a oyunda yaxşı nəticə bizim üçün dönüş nöqtəsi ola, daxili atmosferi yaxşılaşdıra və futbolçularda inamı artıra bilər. Bəlkə də onlar nə qədər yaxşı olduqlarına lazımı qədər inanmırlar. Mən isə bunu bilirəm".

"Mançester Yunayted" - "Liverpul" oyunu Bakı vaxtı ilə 19:30-da başlayacaq. "Qırmızılar" 24 xalla zirvədə, mankunyanlar isə 9 xalla 14-cü pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right