18-ci çempionluq

Moldovada 2019-cü il mövsümünün qalibi müəyyənləşib. "Şerif" sona 3 tur qalmış çempionluğu rəsmiləşdirib.

Newsport.az-ın məlumatına görəTiraspol təmsilçisi 25-ci turda səfərdə "Milsami" ilə 1:1 hesablı heç-heçə etməklə nail olub. 25 matçda 63 xal toplayan komanda hazırda 24 oyunda 50 xal toplayan ən yaxın izləyicisi "Sfıntul Qeorqe"ni 13 xal qabaqlayır.

Bu, "Şerif"in ardıcıl 5-ci, ümumilikdə 18-ci çempionluğu olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right