Millimizin hücumçusu Portuqaliyada vacib qol vurdu

Milli komandamızın hücumçusu Renat Dadaşovun icarə əsasında çıxış etdiyi "Pakuş de Ferreyra" Portuqaliya kubokunda növbəti raunda yüksəlib.

Newsport.az-ın məlumatına görə, səfərdə "Luletano" ilə qarşılaşan həmyerlimizin komandası əsas vaxtı 1:1 başa çatan matçın əlavə vaxtında 2:1 hesablı qələbə qazanaraq, mərhələ adlayıb. Qonaqların qələbə qolunu isə 110-cu dəqiqə məhz Renat vurub.

Qeyd edək ki, start heyətdə meydana çıxan Dadaşov sona qədər oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right