APOEL Bakıya qələbə ilə gəlir

Kipr I Liqasında 6-cı turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan APOEL GSP stadionunda “Doxa”nı qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbə ilə yekunlaşıb.

20-ci dəqiqədə hesabı Linus Hallenius açıb. Matçda son nöqtəni 88-ci dəqiqə Andriya Pavloviç qoyub.

3 oyun keçirən Nikosiya klubu 9 xal toplayıb.

“Qarabağ” - APOEL oyunu oktyabrın 24-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cütün cavab görüşü noyabrın 7-də Nikosiyadakı GSP stadionunda reallaşacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right