PSJ 4 qolla qalib gəldi

Fransa I Liqasında 10-cu tura start verilib.

Newsport.az-ın məlumatına görə, “Nitsa”nın qonağı olan PSJ 4:1 hesablı qələbə qazanıb.

Paytaxt klubunun heyətində Anxel Di Mariya dubl edib. Digər qolları Kilian Mbappe və Mauro İkardi vurub.

Meydan sahiblərinin iki futbolçusu – Vilan Siprien və Kristof Herele qırmızı vərəqə alıb.

Paris təmsilçisi 24 xalla turnir cədvəlinə başçılıq edir. Tomas Tuxelin rəhbərlik etdiyi komandanın ən yaxın izləyicisi 19 xalı olan “Nant”dır.

 

“Nitsa” – PSJ – 1:4
Qollar:
Kpene Qanaqo, 67 – Anxel Di Mariya, 15, 21, Kilian Mbappe, 88, Mauro İkardi, 90+1
Qırmızı vərəqələr: Vilan Siprien, 74, Kristof Herele, 77 (hər ikisi “Nitsa”).

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right