Nazarov növbəti qolunu vurdu, "Aue" qalib gəldi

Almaniya II Bundesliqasında 10-cu tura start verilib.

Newsport.az-ın məlumatına görə, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi "Aue" klubu "Nürnberq"i qəbul edib və 4:3 hesablı qələbə qazanıb.

Nazarov oyuna start heyətdə başlayıb və sonadək oynayıb. 29 yaşlı futbolçu 62-ci dəqiqədə təyin edilən penaltini dəqiq yerinə yetirməklə hesabı 1:1 edib. Qalan vaxtda qapılara daha 5 top vurulub. Qalib gələn tərəf isə "Aue" olub - 4:3.

Dima bu mövsüm çempionatda 5 qol vurub.

"Aue" 18 xalla 4-cü pillədə qərarlaşıb.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right