19 yaşlı hücumçunun transfer yarışına Mançester klubları da qoşuldu

Avstriyanın “Zalsburq” klubunda performansı ilə diqqət çəkən Erlinq Broyt Holand Avropa nəhənglərinin diqqət mərkəzindədir.

Newsport.az-ın məlumatına görə, “Mançester Siti” və “Mançester Yunayted” klubları gənc forvardla maraqlanır.

Daha öncə Madrid “Real”ının norveçli hücumçunu izlədiyi və gələn yay heyətinə qatmağı planlaşdığı iddia edilmişdi. Holandla “Barselona”nın da maraqlandığı bildirilir.

Parlayan ulduz bu il 20 yaşadək futbolçuların dünya çempionatında keçirilmiş Norveç – Honduras görüşündə (12:0) 9 qol vuraraq turnirin tarixinə düşmüşdü.

19 yaşlı futbolçu bu mövsüm “Zalsburq”da 10 matçda 18 qol vurub. O, Çempionlar Liqasında meydanda çıxdığı 2 görüşdə 4 dəfə fərqlənib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right