Messi: "Ronaldo və İbrahimoviç kimi uğurlarımdan danışmıram"

"Barselona"nın kapitanı Lionel Messi "Marca"ya açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 32 yaşlı ulduz futbolçu özünü tərifləməyi sevmədiyini deyib:

"Kriştiano Ronaldo və Zlatan İbrahimoviç kimi qazandığım uğurlardan bəhs etmirəm. İstəyirəm ki, insanlar haqqımda müzakirə aparsın. Bunu daha üstün hesab edirəm. Kim olduğumu, nə bacardığımı və edəcəyimi bilirəm, lakin hər şeyi demirəm. İnsanlar mənim barədə fikir bildirmək hüququna malikdir. Komandam barədə danışmağı xoşlayıram, amma özüm barədə yox".

Lionel Messi ötən ay ilin ən yaxşı futbolçusuna verilən "The Best" mükafatını qazanıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah