Futbolçunun evi yarıldı

“Vilyarreal”ın futbolçusu Andre Zambo-Anqissanın evi qarət olunub. Newsport.az xəbər verir ki, 23 yaşlı müdafiəçinin evindən 100 min avro dəyərində zinyət əşyası oğurlanıb.

Hadisə ötən bazar günü baş verib. Hansı ki, həmin gün cinayətkar dəstə “Real” və “Atletiko”nun bəzi futbolçularının da evini qarət etməyə cəhd göstərib.

Bir müddət əvvəl “Vilyarreal”ın futbolçusu Toko Ekambi, “Valensiya”lı Ezekyel Qaray, Qabriel Paulista və Ceffri Kondoqbiyanın da evi qarət olunmuşdu. Hansı ki, onlar da Zambo-Anqissanın evinə yaxın ərazidə yaşayırlar.

Qeyd edək ki, “Vilyarreal” Anqissanı bu yay “Fulhem”dən 1 illik icarəyə götürüb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right