Ermənistan millisinin baş məşqçisi AÇ-2020-yə yollanmadıqları üçün istefa verdi

Ermənistan millisinin baş məşqçisi Armen Gyulbudaqyants istefa verib.

 

Newsport.az federasiyanın saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis istefasına səbəb Ermənistan millisinin AÇ-2020-nin final mərhələsinə vəsiqə qazana bilməməsidir:

 

“Mən bir il Ermənistan millisinin baş məşqçisi oldum. Komandanın çıxışları zamanı həm sevinc, həm də kədər anları yaşanıb. Təsnifat mərhələsi hələ bitməyib, amma komandanın baş məşqçisi vəzifəsindən getməyim barədə çətin bir qərar verdim, çünki erməni azarkeşlərin Avropa çempionatının final mərhələsi arzularını reallaşdıra bilmədim. İndi imkanlarımız sırf nəzəri cəhətdəndir".

 

AÇ-2020-nin seçmə mərhələsinin J qrupunda qərarlaşan Ermənistan millisi 8 oyuna 10 xalla 6 komanda arasında 3-cüdür. Bu qrupda İtaliya final mərhələsinə vəsiqəni təmin edib. 15 xalı olan Finlandiya 2-ci yerdə qərarlaşıb.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah