Serxio Ramos Çinə yollanacaq? - agenti açıqlama verdi

Ötən mövsüm Çindən fantastik təklif alsa da, "Real"da qalan Serxio Ramosun agenti və qardaşı Rene Ramos açıqlama verib.

 

Newsport.az xəbər verir ki, o, 33 yaşlı müdafiəçinin gələcəkdə Çinə getmək fikrində olmadığını deyib:

 

"Serxio Çin variantını düşünmür. Hazırda "Real"da xoşbəxtdir".

 

Ötən mövsüm "kral klubu"nun prezidenti Florentino Peres Çindən sərfəli təklif aldıqlarını, ancaq Ramosu buraxmayacaqlarını bildirmişdi.

 

İspaniya millisinin üzvünün Madrid təmsilçisi ilə 2021-ci ilin yayına qədər müqaviləsi var. Ramos bu mövsüm 9 oyuna 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right