"Barselona" "yeni Messi"ni tapdı

"Barselona" "Velez Sarsfild"in futbolçusu Matias Sulenin xidmətində maraqlıdı. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, kataloniyalılar 16 yaşlı futbolçunun valideynləri ilə danışığa başlayıb.

Argentinada "yeni Messi" deyə çağırılan Sule özü də Avropada oynamaq niyyətindədi. O, hətta bu məqsədlə ailəsi ilə birlikdə "köhnə dünya"ya səfər edib. Ailənin danışıq aparmaq üçün Barselonaya yollanması gözlənilir.

Qeyd edək ki, Matias Sule qitənin digər nəhəng klublarının da diqqət mərkəzindədi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right