Beylin durumuna aydınlıq gəldi

"Real"ın hücumçusu Qaret Beylin durumuna aydınlıq gəlib. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ulduz futbolçu La Liqanın IX turunda "Malyorka" ilə görüşü buraxacaq.

AVRO-2020-nin seçmə mərhələsində Xorvatiya ilə qarşılaşmanın sonlarında zədələnən Uels millisinin üzvü əvəzləmə limiti dolduğu üçün meydanda qalmalı olmuşdu. Onun hətta X turda "Barselona" ilə keçiriləcək oyunu buraxmaq ehtimalı da var.

Qeyd edək ki, "Malyorka" - "Real" oyunu oktyabrın 19-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right