Ərdoğan UEFA-nın Türkiyə millisinə intizam işi açmasından danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın ölkənin milli komandasının əsgər salamına görə UEFA-nın intizam işi açmasına münasibət bildirib. 

Newsport.az NTV-yə istinadən xəbət verir, o, qurumun addımını doğru hesab etməyib:

"Belə bir şey həyatda olmayıb. Ciddi nəsə olacağını təxmin etmirəm. Buna görə yalnız qınaya bilərlər. Bu nöqtəyə kimi gələn komandaya başqa bir mənfi yanaşma olmayacaq".

Türkiyə millisinin üzvləri Albaniya və Fransa ilə oyunlardakı qolları əsgər salamı ilə qeyd edib. Futbolçular Türkiyə ordusunun Suriyada keçirdiyi "Pınar hərəkatı"na dəstək olduqları üçün əsgər salamı verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right