Ronaldo Messini ikiqat qabaqladı

2018-ci ildə instaqram vasitəsilə ən çox qazanc əldə edən şəxslərin siyahısı müəyyənləşib. Newsport.az saytının xarici mətbuata istinadən məlumatına görə, "Yuventus"un hücumçusu Kriştianu Ronaldo bu baxımdan hamını qabaqlayıb.

Portuqaliya millisinin kapitanı ötən il hər biri 900 min avro dəyərində olan 49 reklam postu yerləşdirib ki, bu da ona ümumilikdə 44,1 milyon avro qazandırıb. CR7-nin ən yaxın izləyicisi yaşıl meydanlardakı əsas rəqibi Lionel Messidi. Argentinalı hər biri 590 min avro gətirən 36 post paylaşıb. Bunlar ona 21 milyon avro qazandırıb.

Siyahıda ilk "üçlüy"ü amerikalı supermodel Kendall Cenner qapayıb - 14,4 milyon avro. İngiltərə millisinin əfsanəvi futbolçusu Devid Bekhemin instaqramdan illik gəliri 10 milyon avro təşkil edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right