"Traktor"un futbolçusu "Barış pınarı"na görə sərt cəza aldı Foto

İran Futbol Federasiyası "Barış Pınarı"na dəstək olduğu üçün "Traktor"un üzvü Mehdi Bebrini cəzalandırıb.

 

Newsport.az xəbər verir ki, federasiya açıqlamasında Təbriz klubunun futbolçusu ilə bağlı bunları qeyd edib:

 

"Traktor"un üzvü Mehdi Bebri idmanla əlaqəsi olmayan davranışına görə bir müddət futboldan uzaqlaşdırılıb".

 

Bebri "Instagram"da hekayə bölümündə Türkiyə bayrağını paylaşmışdı. Onu buna görə təhqir edən "Sanat Naft Abadan"ın futbolçusu Şirvan Qurbani də futboldan kənarlaşdırılıb. 

 

Mehdi Bebri Türkiyə bayrağını paylaşdığı üçün çoxlu təhdidlər alıb.

 

Daha öncə Almaniyanın "Sankt-Pauli" klubunun futbolçu Cenk Şahin Türkiyə ordusunun Suriyada keçirdiyi "Pınar hərəkatı"na dəstək olduğu üçün klubdan göndərilmişdi. O, "Başakşəhər" klubunda məşqlərə başlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right