"İkinci hissədə Azərbaycan millisi yaxşı çıxış etdi" - Mauru Lustrinelli

İsveçrə U-21 millisinin baş məşqçisi Mauru Lustrinelli komandasının AÇ-2021-in seçmə mərhələsində Sumqayıtda Azərbaycana qalib gəldiyi görüşdən sonra fikirlərini bildirib.

 

Newsport.az-ın məlumatına görə, mütəxəssis 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib:

 

“Qələbə qazansaq da, buna asan nail olmadıq. Rəqibimiz də bunu bacarmaq üçün ürəklə oynadı. İstənilən halda, məqsədimizə çatdıq və hazırda 3 oyundan 9 xal toplamışıq ki, buna görə də özümü xoşbəxt hiss edirəm. Slovakiya yığması burda məğlub olmuşdu. Bunu nəzərə alsaq, bu komandaya qarşı oynamağın çətin olduğunu vurğulamalıyıq. Hətta deyərdim ki, oyunda bir az bəxtimiz gətirdi. Rəqib xüsusilə də sona yaxın təzyiqi artırdı. Biz isə dözməyə, hesabı qorumağa çalışdıq. Fasiləyə qədər daha çox qol vura bilərdik. Ancaq ikinci hissədə Azərbaycan millisi yaxşı çıxış etdi. Oyun heç-heçə başa çatsaydı belə, narazı qalmayacaqdım. Rəqibimiz haqda xoş fikirlər səsləndirə bilərəm. Komanda ildən-ilə artırır. Bu tempdə daha 2-3 il işləsələr, inkişaf edəcəklər. Stadiona gəldikdə, həm qazonun durumunu, həm də atmosferi bəyəndim”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right