"Ronaldo nə deyirdisə, hakim əməl edirdi" ukraynalı futbolçudan sərt sözlər

AÇ-2020-nin seçmə mərhələsində Portuqaliyanı 2:1 hesabı ilə məğlub edərək, final mərhələsinə yüksəlməyi bacaran Ukrayna millisinin yarımmüdafiəçisi Taras Stepanenko oyundan sonra fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, qarşılaşmanın 72-ci dəqiqəsində qırmızı vərəqə alan 30 yaşlı futbolçu ingiltərəli baş hakim Entoni Teylor haqda sərt sözlər deyib:

“Yaxşı iş gördük və Avropa çempionatına qrup lideri kimi yollanırıq. Buna layiq idik. Xoşbəxtəm, amma təəssüf ki, hakim mənə sona qədər döyüşməyə icazə vermədi. Bu hakim məni “Ayntraxt”la matçda 10-cu dəqiqədə meydandan qovmuşdu. İndiyə qədər gördüyüm ən qorxaq referidir.

İlk sarı kart epizodunda rəqibə müdaxiləm olmamışdı. Yaremçukla birgə topa oynadıq, qaydanı da o pozdu, amma vərəqəni mən aldım. Hər ikimiz hakimə bunu dedik. Penalti epizodunda isə sürüşmə fəndini edirdim. Top öncə buduma, sonra da əlimə dəyir. Oyun davam edirdi. Kriştiano Ronaldo hakimə tərəf qaçıb, “penalty” qışqırır və bir neçə saniyə sonra hakim ağ nöqtəni göstərir. Ronaldo nə dedisə, hakim elə etii. Bu oyun ömürlük xatırlanacaq. Azarkeşlər son 20 dəqiqədə inanılmaz dəstək göstərdi. Onlardan üzr istədim".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right