Şimali Koreya - Cənubi Koreya oyunundan öncə iplər tarama çəkildi!

Siyasi səbəbdən gərgin münasibətləri olan Şimali və Cənubi Koreya yığmaları sabah DÇ-2022-nin seçmə mərhələsində qarşılaşacaq.

Newsport.az-ın məlumatına görə, oyundan öncə gərginlik yaranıb. Şimali Koreyanın paytaxtı Pxenyanda keçiriləcək qarşılaşmanı heç bir televiziya canlı yayımlamayacaq. Bundan əlavə, cənubi koreyalı azarkeşlər və jurnalistlərə stadiona giriş olmayacaq.

Şimali Koreya Cənubi Koreya millisinin Pxenyana birbaşa uçuşuna icazə verməyib. Cənubi Koreya yığması əvvəlcə Çinin paytaxtı Pekinə, sonra isə Pxenyana yollanıb.

Şimali Koreyanın lideri Kim Çenin matçı izləyib-izlməyəcəyi böyük maraq doğurur. Onun izlədiyi qarşılaşmalarda Şimali Koreya 2005-ci ildən uduzmur.

Qarşılaşma oktyabrın 15-i Bakı vaxtı ilə 12:30-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right