Macarıstanlı futbolçu: "Azərbaycandan üzr istəməli deyilik"

Macarıstan millisinin futbolçusu İştvan Kovats AÇ-2020-nin seçmə mərhələsində Azərbaycana 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, 27 yaşlı yarımmüdafiəçisi Azərbaycan millisinin qeydə alınmadığı qoluna münasibət bildirib:

"Xal itirməkdən və final mərhələsinə vəsiqə qazana bilməməkdən qorxurdum. Sevinirəm ki, bu, baş vermədi. Eşitdim ki, rəqib təmiz qol vurub, amma bu, bizim problemimiz deyil. Buna görə üzr istəməli deyilik. Bir neçə dəfə qol imkanım olsa da istifadə edə bilmədim. Yaxşı komandalar elə 1:0 hesabı ilə qalib gəlməyi bacarır”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right