“Bəxtimiz gətirdi ki, Azərbaycanın qolu sayılmadı” – Rossi

Macarıstan millisinin baş məşqçisi Marko Rossi AVRO-2020-nin seçmə mərhələsində evdə Azərbaycanla matçdan (0:1) sonra keçirilən mətbuat konfransında fikirlərini bildirdi.

O, Azərbaycanın qolunun sayılmadığına görə xoşbəxt olduğunu söylədi:

“75 dəqiqəni yaxşı keçirdik, sonra isə yorulduq. Rəqib bundan yararlanaraq qol vurdu. Xoşbəxtlikdən qol sayılmadı. Orada nə baş verdiyini görmədim. Bəxtimiz gətirdi. Azərbaycan millisinə hörmət etmək lazımdı. Onlar Xorvatiya ilə 1:1 hesablı heç-heçə ediblər, Uelsə son dəqiqələrdə qol buraxaraq uduzublar”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right