"Qarabağ" danışıq apardı, Portuqaliyaya getdi

"Qarabağ" ötən ay 23 yaşlı braziliyalı hücumçu transfer edə bilərmiş.

Newsport.az saytına daxil olan məlumata əsasən, Ağdam təmsilçisinin Ukraynanın "Lvov" klubundan almaq istədiyi Bruno Duarte Azərbaycana gəlməyin lehinə olsa da, keçid son anda menecerlər üzündən reallaşmayıb.

Forvard bu səbəbdən avqustun son günündə Portuqaliyanın "Vitoriya Gimaraeş" klubuna transfer olunub. Pireneylilər keçid üçün "Lvov"a 700 min avro ödəyib.

183 sm boya malik istedadlı futbolçu Braziliyanın "Portugeza" klubunun yetirməsidir. 2018/2019-cu illər mövsümünü Ukraynada keçirən forvard cari mövsüm formasını geyindiyi "Gimaraeş"də 4-ü avroliqa olmaqla 7 oyuna çıxıb, 1 qol vurub.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right