Mançini milli rekordun astanasında 81 ildən sonra

İtaliya millisi Roberto Mançininin rəhbərliyi altında müxtəlif turnirlərdə ardıcıl səkkizinci qələbəsini qazanıb.

Newsport.az-ın məlumatına görə, bununla da milli 1938-ci ildə qeydə alınmış rekordu yeniləməyə yaxınlaşıb. Həmin vaxt Vittorio Potsonun baş məşqçisi olduğu İtaliya dalbadal 9 rəsmi matçda qələbə qazanışdı. Əgər oktyabrın 15-də italiyalılar səfərdə Lİxtenşteyni məğlub etsələr, 81 ildən sonra rekordu təkrarlayacaqlar.

Əlavə edək ki, dünən Yunanıstan üzərindəki 2:0 hesablı qələbədən sonra İtaliya “Avro-2020”nin final mərhələsinə vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right