Şəhriyar 14 yaşında dünya çempionu olan Aydını təbrik etdi

Hindistanın Mumbay şəhərində 14 yaşlılar arasında şahmat üzrə dünya çempionatının qalibi azərbaycanlı olub. 

 

Aydın Süleymanlı hamını qabaqlayaraq birinci yeri tutub.

 

Şahmatçı 11 oyunun 7-də qələbə qazanıb, 4-də isə heç-heçə edib. 9 xal toplayan Aydın dünya çempionu olub.

 

Newsport.az-ın məlumatına görə, Şəhriyar Məmmədyarov bu uğuruna görə Aydın Süleymanlını təbrik edib:

 

"Əsl ağsaqqal şahmatı göstərərək, bütün rəqiblərindən üstün oldu. Oyunlarını izləyirdim və çox sevinirəm ki, belə rahatlıqla qalib oldu. Özü də harada-harada Hindistanda. Təbrik edirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right