Rossi: "Azərbaycan yığmasını detallı şəkildə incələmişik"

AÇ-2020-nin seçmə mərhələsində sabah Azərbaycan millisini qəbul edəcək Macarıstan yığmasının baş məşqçisi Marko Rossi oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

 

Newsport.az xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə görüş barədə fikirlərini bildirdi.

 

- Start heyətini bugünkü məşqdən sonra müəyyənləşdirəcəm. Xorvatiyada böyük hesabla məğlub olsaq da, sabahkı görüşdə qələbə qazanmaq istəyirik. Azərbaycan yığması xeyli tərəqqiyə nail olub. Söhbət heç də Xorvatiyayla görüşün 1:1 başa çatmasından getmir. Azərbaycan oyun komponentlərində irəliləyib. Bu üzdən də əminəm ki, görüş çətin keçəcək.

 

- Azərbaycana qalib gəlməsəniz, AÇ-də nə işiniz var?
- Biz yalnız qələbə haqda düşünürük. Buna nail olsaq, Uelsdə bizi heç-heçə də qane edəcək. Ancaq bir daha qeyd edirəm ki, Azərbaycan xeyli tərəqqiyə nail olub və sabah işimiz asan olmayacaq.

 

- Xorvatiyaya məğlub olduqdan sonra demişdiniz ki, ən çətin vəzifəmiz psixoloji gərginlikdən qurtulmaq olacaq. Bu, alındımı və alındısa, hansı metodlardan istifadə etdiniz?
- Bəzi oyunçularda dərhal revanş hissinin yarandığını hiss etdim. Digərləri ilə də söhbətimiz oldu. Əlbəttə, hər bir oyunçunun beynində nələrin yaşandığını deyə bilmərəm. Psixoloji gərginliyi nə dərəcədə aradan qaldırdığımızı isə sabahkı görüşdən sonra biləcəyik.

 

- Sabahkı oyunda xidməatindən yararlana bilməyəcəyiniz futbolçular varmı?
- İxtiyarımızda olan bütün futbolçuların xidmətindən yararlana bilərik. İndi əsas müqam odur ki, uşaqlar bu məğlubiyyətdən düzgün dərs çıxarsınlar. Bu “gəminin kapitanı”yam və bütün nəticələrə məsul da mənəm.

 

- Sabah xal itkisinə məruz qalsanız, bu, sizin üçün faciə olacaq? Belə olacağı təqdirdə, millinin “sükanı arxası”nı boşaldacaqsınız?
- Macarıstanda hər kəs qələbə haqda düşünür. Bu baş verməsə, əlbəttə, məyus olacağıq. Aydın məsələdi ki, sabah büdrəsək, azarkeşlərimiz bundan razı qalmayacaq. Belədə, getməyimi istəyəcəkləri də təbiidi və məsuliyyəti üzərimə götürməyə hazıram.

 

- Azərbaycan millisinin artırdığını bildirdiniz. Bu artım nədən ibarətdi?
- Uelslə səfərdəki oyunda da basqılı və sürətli Azərbaycan gördük. Üstəlik, Eddi İsrafilov da qayıdıb. Bura digər mərkəz yarımmüdafiəçiləri – Qara Qarayev və Riçard Almeydanın da ağıllı oyunlarını əlavə edərdim. Eyni zamanda, sürətli Ramil Şeydayevləri var. Bütün hallarda, biz Azərbaycan yığmasını detallı şəkildə incələmişik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right