Anastasios Papazoqlu: "Azərbaycanla bağlı bütün düşüncələrim dəyişdi"

"Zirə"nin futbolçusu Anastasios Papazoqlu gazzetta.gr saytına müsahibə verib.

 

Newsport.az-ın məlumatına görə, yunanıstanlı müdafiəçi Azərbaycanla bağlı təəssüratlarının xoş olduğunu deyib:

 

"Azərbaycanla bağlı təəssüratım çox yaxşıdır. Azərbaycana gəlməsəniz, burada nəyin baş verdiyini başa düşə bilmərsiniz. Bir həqiqəti deyim ki, bura ilə bağlı ağlımda tamam başqa fikirlər var idi, ancaq hamısı dəyişdi. Burada olduğum üçün çox şanslıyam. Həyat keyfiyyəti çox yaxşıdır. Hər yerdə inkişaf var. Belə davam edərsə, 4-5 il sonra Bakının Dubaya çeviriləcəyini düşünürəm. Hər gün mənə hər şeydə kömək edirlər. Deyə bilərəm ki, asanlıqla uyğunlaşdım. Çox gözəl insanları var".

 

31 yaşlı oyunçu Azərbaycan Premyer Liqasının səviyyəsi barədə danışıb:

 

"Bura Yunanıstandan fərqlidir. Ancaq səviyyə daim yüksəlir. Yunanıstanda zəif olan təşkilatçılıq burada yaxşıdır".

 

Papazoqlu şəxsi hədəflərindən söz açıb: "Hədəfim komandanın çempionatı ilk "dördlük"də başa vurmasına kömək etməkdir. Buna görə komandaya gəldim. Avropada çıxış etmək istəyirik. Komandanın və mənim məqsədim budur".

 

Müdafiəçi Yunanıstana qayıtmağı düşünmədəyini vurğulayıb: "Bu, mənim planlarımda yoxdur. Ancaq gələcəkdə nələrin baş verə biləcəyini heç vaxt bilmirsən".

 

Anastasios Papazoqlu bu ilin yayında "Zirə" ilə bir illik müqavilə imzalayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right