"Ona istefaya göndərildiyini deyəndə ağlamaq istəyirdim"

"Bavariya"nın idarə heyətinin sədri Karl-Hayns Rummeniqqe "Münhen klubunun sabiq baş məşqçisi Karlo Ançelotti barədə danışıb.

Newsport.az-ın məlumatına görə, o, hazırda "Napoli"ni çalışdıran mütəxəssisi göndərdiklərinə görə təəssüfləndiyini deyib:

''Ançelotti yaxşı mütəxəssisdi. Həmin vaxt komandada işlər qaydasında deyildi. Bu səbəbdən də istədiyimiz nəticələri əldə edə bilmirdik. Ona istefaya göndərildiyini deyəndə ağlamaq istəyirdim".

Ançelotti 2016-2017-ci illərdə "Bavariya"nın baş məşqçisi olub. O, Münhen klubu ilə 1 dəfə Almaniya çempionu olub, iki dəfə ölkə superkubokunu əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right