"Bu, "Netflix" serialı kimidi, yaxşı olanda bütün mövsümü izləyirsən"

Futbolçu karyerasını başa vuran Braziliya millisinin sabiq üzvü Mişel Bastos sosial şəbəkə hesabında açıqlama verib.

Newsport.az xəbər verir ki, 36 yaşlı vinger karyerasını başa vurmasından danışıb:

"Futbolun mənim üçün anlam daşıdığını açıqlamayacam. Vidalaşmaq zamanıdı. Həyatımın bir bölümü başa çatdı. Gələcəkdə yeni həyəcanlı günlər var. Atamı meydanda oynayan zaman izlədiyimdə onun kimi olmağı arzulayırdım. Tanrıya şükür olsun ki, daha çox işlər gördüm.

Bu, "Netflix" serialı kimidi. Yaxşı olsa, bütün mövsümü izləyirsən. Etmək istədiyim bu idi. İnsanların sevgisini qazanmaq istəyirdim".

Bastos "Feyenoord", "Lill", "Lion", "Şalke", "Roma", "San-Paulu", "Palmeyra" kimi klublarda çıxış edib. O, Braziliya millisində 10 oyuna 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right