Emre Can narazıdı: "Oynamaq fürsəti qazanmıram"

Maurisio Sarrinin "Yuventus"a gəlişindən sonra oynamaq şansı qazanmayan və Çempionlar Liqasının heyətinə daxil edilməyən Emre Can açıqlama verib.

Newsport.az xəbər verir ki, Almaniya millisinin üzvü Turin klubunda xoşbəxt olmadığını deyib:

"Yuventus"da xoşbəxt deyiləm. Çox oynamaq fürsəti qazanmıram. Ötən mövsüm vacib oyunlarda meydanda idim. Yaxşı oynadığımı düşünürəm. Hələ şans qazanmamışam, amma özümü göstərmək üçün daha bir şansım var. Yoahim Lövə oynamamağıma baxmayaraq, milliyə dəvət etdiyi üçün təşəkkür edirəm. Yenidən meydanda olduğum üçün sevinirəm".

25 yaşlı yarımmüdafiəçi bu mövsüm "Yuventus"da 3 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right