Premyer Liqada sentyabrın ən yaxşıları açıqlandı

İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı futbolçusu müəyyənləşib. Newsport.az saytı xəbər verir ki, bu ada "Arsenal"ın hücumçusu Pyer-Emerik Obameyanq layiq görülüb.

Qabonlu forvard ötən ay ərzində meydana çıxdığı 4 oyunda 5 qola imza atıb. Bu, ulduz futbolçunun ikinci analoji mükafatıdı. O, 2018-ci ilin oktyabrında da ən yaxşı seçilmişdi.

Obameyanq bu yarışda Trent Aleksander-Arnold ("Liverpul"), Kevin De Bruyne, Riyad Mahrez (hər ikisi "Mançester Siti"), Heun Min Son ("Tottenhem"), Rikardo Pereyera ("Lester"), Kallum Uilson ("Bornmut") və Con Makqinni ("Ason Villa") qabaqlayıb.

Həmçinin ayın ən yaxşı baş məşqçisi də müəyyənləşib. Sentyabrda "Liverpul"a 3 matçda 3 qələbə qazandıran Yurgen Klopp həmkarlarını qabaqlayıb.

Qeyd edək ki, ayın ən yaxşısı azarkeşlər, Premyer Liqa klublarının kapitanları və ekspertlər arasında seçilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right