“Barselona”nın futbolçusu cəzalandı “Real”la oyunu buraxacaq

İspaniya La Liqanın 8-ci turunun “Sevilya” ilə oyununda qırmızı vərəqə alan “Barselona”nın futbolçusu Osman Dembelenin cəzası məlum olub.

Newsport.az xəbər verir ki, fransız hücumçu iki oyunluq diskvalifikasiya olunub. Bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

“Sevilya” ilə oyunun 88-ci dəqiqəsində hakimi təhqir edən Dembele, birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

Dembele “Barselona”nın “Eybar” və “Real”la qarşılaşacağı oyunlarda iştirak etməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right