Löv qapıçı seçimini etdi

Almaniya milli komandasının baş məşqçisi Yoahim Löv yığmada son vaxtlar müzakirə olunan qapıçı məsələsi ilə bağlı açıqlama verib.

Newsport.az xəbər verir ki, “Kicker” nəşrinə danışan Löv, millinin əsas qapıçısının Manuel Noyer olduğunu deyib:

“Noyer bizim kapitanımız və “1 nömrə”mizdir. Məcburi hallar olmasa, elə də qalacaq”.

Bir müddət əvvəl Almaniya millisinin əsas qapıçısının “Bavariya”nın futbolçusu Manuel Noyer deyil, “Barselona”nın “çərçivə qoruyucusu” Mark-Andre Ter Ştegenin olacağı ilə bağlı xəbərlər yayılmışdı. Ter Ştegen də verdiyi açıqlamada, Almaniya millisində özünün əsas qapıçı olmamasına etiraz etmişdi.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right