Uels yığmasında itki

AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Uels yığmasında itki baş verib. Newsport.az saytının yerli mətbuata istinadən məlumatına görə, yarımmüdafiəçi Aaron Remsi sıradan çıxıb.

A seriyasının geridə qalan turunda "İnter"lə oyunöncəsi məşq zamanı əzələ problemi yaşadığı üçün ehtiyatda qalan ulduz futbolçu millinin düşərgəsində tibbi müayinədən keçib. Onun komandada qalıb-qalmayacağına bu gün aydınlıq gələcək. Zədəsi ciddi olarsa, heyətdən çıxarılacaq Remsi Slovakiya və Xorvatiya ilə oyunları buraxacaq.

Qeyd edək ki, Aaron Remsi sonuncu dəfə ötən ilin noyabrında Albaniya ilə yoldaşlıq görüşündə Uels yığmasının formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right