Dadaşov komandasını məğlubiyyətdən xilas etdi

Almaniya III Bundesliqasında XI turun oyunları keçirilir.

Newsport.az saytının məlumatına görə, Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun formasını geyindiyi “Proyssen” səfərdə “Unterhaxinq”lə heç-heçə edib – 2:2.

Rüfət də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının ikinci qolunu da Dadaşov vurub. Millimizin forvardı 83-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə matçda son nöqtəni qoyub. Bu, onun cari mövsümdə vurduğu 4-cü qoldu.

Münster klubu 11 turdan sonra 10 xalla 20 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right