Ramil Şeydayevin baş məşqçisi istefaya göndərildi

Rusiya Premyer Liqasının 12-ci turunda “Orenburq”un qonağı olan Moskva “Dinamo”su 0:2 hesabı ilə uduzdu.

 

Newsport.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ardıcıl 4-cü məğlubiyyətdən sonra baş məşqçisi Dmitri Xoxlovu istefaya yollayıb.

 

Yaxın günlərdə komandanın müvəqqəti baş məşqçisinin adı açıqlanacağı qeyd edilib. 

 

42 yaşlı mütəxəssis 2017-ci ildən “Dinamo”nu çalışdırırdı.

 

Azərbaycan milli komandasının üzvü Ramil Şeydayev "Dinamo"da çıxış edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right