Klaudio Markizio karyerasını başa vurmaq qərarını verdi

İtaliya yığmasının və “Yuventus”un sabiq futbolçusu Klaudio Markizio karyerasını bitirmək qərarına gəlib.

Newsport.az-ın məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi sabah "Yuventus"un ev oyunlarını keçirdiyi "Alyans Stadium"da mətbuat konfransı təşkil edəcək.

Markizio zədə səbəbindən karyerasını bitirmək qərarını verib.

Markizio "Yuventus"un yetirməsidir və 2005-ci ildə Turin klubunun əsas komandasına qalxmışdı. İtaliyalı futbolçu 2018-ci ildə "Zenit"ə keçmişdi. O, dizindən ağır zədə aldığı üçün yayda klubdan ayrıldı. Markizio İtaliya millisində 55 oyuna 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right