Emil Balayev şəxsi rekordunu yenilədi

Qazaxıstanın "Tobol" klubunda çıxış edən Azərbaycan millisinin qapıçısı Emil Balayev şəxsi rekordunu yeniləyib.

 

Newsport.az-ın məlumatına görə, 25 yaşlı qolkiper Premyer Liqanın 28-ci turunda “Jetisu” ilə keçirilən matçda (0:0) qapısını toxunulmaz saxlayıb. Emil ardıcıl 8 oyundur ki, qapısında qol görmür.

 

O, sonuncu dəfə iyulun 28-də “Kaysar”la ev matçında (0:2) qol buraxıb. Balayev 699 dəqiqədir ki, qapısını toxunulmaz saxlayır.

 

Qolkiper cari mövsüm özünə məxsus olan 683 dəqiqəlik rekordu yeniləyib.

 

Qazaxıstan çempionatları tarixinin rekordu isə Sergey Boyçenkoya məxsusdur. "Kayrat"ın sabiq qapıçısı 2005/06 mövsümündə 921 dəqiqə qol buraxmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right